Rauf Axundov əmək fəaliyyətinə 1995-ci ildə başlamışdır. Rauf Axundovun idarəçilik sahəsində 10 ildən artıq iş təcrübəsi mövcuddur. 1998- 2001-ci illərdə Amerikanın “Shore Bank Advisory” təşkilatının “Shore Overseas Azerbaican” məhdud məsuliyyətli qeyri bank təşkilatında baş kreditor vəzifəsində çalışmışdır. 2001- 2003-cü illərdə “ Land O`Lakes” şirkətində Assosasiyalrla iş üzrə koordinator, 2003-2007-ci illərdə Dünya Bankının Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korparasiyasında lizinq layihələri üzrə koordinator vəzifəsində çalışmışdır. 2007-ci il tarixindən “Dəmir Bank ” ASC-də Bankın Kredit Departamentinin direktoru, İdarə Heyəti sədrinin müavini və Müşahidə Şurasının üzvü vəzifələrində çalışmışdır.
Rauf Axundov 1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə, 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə,
2016-ci ildə isə London Business Schoolu - “Master of Science in leadership and strategy” ixtisası üzrə bitirmişdir.
“Synergy Group” MMC kollektivi adından Rauf müəllimi salamlayır, ona gələcək fəaliyyətində uğurlar arzu edir və uzunmüddətli əməkdaşlığa ümid bəsləyirik!