Korporativ Sosial Məsuliyyət

Azərbaycanın ən iri özəl investisiya şirkətlərindən olan “Synergy Group” MMC özünün “Davamlı gələcəyə doğru” şüarı ilə tanınır. “Synergy Group” davamlı gələcəyə öz təhfəsini yalnız uzunmüddətli investisiya layihələri ilə deyil, həmçinin, cəmiyyətin rifahı üçün zəruri olan sosial məsələlərin həllinə hədəflənən layihələrə dəstək olmaqla həyata keçirir.

“Synergy Group” MMC-nin Korporativ Sosial Məsuliyyət siyasətinin əsas istiqamətləri təhsil və idmanın inkişafının dəstəklənməsidir. Biz inanırıq ki, idmanın və təhsilin inkişafına yatırdığımız investisiya Azərbaycanın gələcək inkişafına verə biləcəyimiz ən yaxşı töhfədir. Təsis olunduğu 2010-cu ildən bəri “Synergy Group” əsaslı KSM siyasəti yürütmüş və müxtəlif sosial layihələr həyata keçirmişdir.

Bizim sosial sahədə gördüyümüz işlər tərəfdaşlarımız tərəfindən də yüksək qiymətləndirilir. Regionların inkişafına verdiyi dəstəyə görə “Synergy Group” Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) tərəfindən KSM sahəsində Mükəmməllik Mükafatına layiq görülmüşdür.

Təhsilin inkişafına dəstək: “Synergy Group” gənclərin intellektual inkişafına öz töhfəsini verir. Biz Azərbaycan Universitetinin tələbə və müəllim heyətinin beynəlxalq təhsil mübadiləsi proqramlarında iştirakı təşəbbüslərini fəal şəkildə dəstəkləyirik. 2010-cu ildən başlayaraq biz Azərbaycan Universitetinin Avropa və ABŞ universitetləri ilə birlikdə beynəlxalq mübadilə layihələrini təşkil etmişik. Eyni zamanda, “Synergy Group” istedadlı gənclərə öz təhsillərini xaricdə davam etdirmək imkanı verən populyar TV layihə “Parlaq Zəka” verilişinin əsas sponsorudur.

“Synergy Baku Cycling”: “Synergy Group” Azərbaycanda qeyri-ənənəvi idman növlərini yaratmağa və onların təbliğinə davam edir. 2012-ci ildən etibarən biz Azərbaycanın ilk velosiped komandasını – “Synergy Baku Cycling” klubunu yaratdıq. Eyni zamanda, biz “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turnirinə sponsorluq edirik. “Synergy Baku” komandasına dəstək verilməsi və beynəlxalq velospied turnirinə sponsorluq bu idman növünü Azərbaycanda daha da məşhurlaşdıracaq və vətəndaşlar arasında sağlam həyat tərzi vərdişlərini təbliğ edəcək.

“Shamkir Chess”: “Synergy Group” 2014 və 2015-ci illərdə milli qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat superturnirinin keçirilməsinə dəstək vermişdir. Superturnirdə Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik, Hikaru Nakamura, Uesli So, Fabiano Karuana, Sergey Karyakin, Aniş Giri, Maksim Vaşye-Laqrav, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov kimi tanınmış şahmatçılar iştirak edirdilər. Dünyanın məşhur qrossmeysterlərinin iştirak etdiyi bu superturnirin keçirilməsi artıq ənənə halını almışdır. Turnirin keçirildiyi 10 gün ərzində bütün milli və beynəlxalq media kanalları tədbiri gündəlik işıqlandıraraq, Azərbaycanı, habelə Şəmkiri dünyanın maraq dairəsinə çevirdilər.








Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: info@azaqro.com

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: office@azfc.az

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: office@au.edu.az

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: office@bestpack.az

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: info@excelsiorhotelshamkir.az

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: info@kidsacademy.az

Veb https://www.facebook.com/kiddy.academy