15 noyabr 2017-ci il tarixində Bakı şəhərində “Azaqro” MMC-nin “SBuket” topdan və pərakəndə gül satışı mərkəzi istifadəyə verilib.
Açılış tədbirində “Synergy Group” MMC-nin İcraçı Direktoru İsmayıl Süleymanov iştirak etmişdir. O, yeni satış mərkəzinin istifadəyə verilməsi münasibəti ilə hamını təbrik edərək, qeyd etdi ki, bu “Azaqro” MMC-nin fəaliyyətində əlamətdar hadisədir.
Vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə sahibkarlığın inkişafı və “Made in Azerbaijan” brendinin dünyada tanınması ilə bağlı mühüm islahatlar həyata keçirir. Möhtərəm Prezident cənab İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı apardığı siyasətə sadiq qalaraq “Synergy Group” MMC “Made in Azerbaijan” brendinin tanıdılmasına öz töhfəsini verməkdədir. Qeyd etmək yerinə düşər ki, yenicə istifadəyə verilmiş "İsma Bikes" velosipedlərinin sərgi-satış və “SBuket” topdan və pərakəndə satış mərkəzləri bu yolda atılan mühüm addımlardan biridir.
Sonda, “Synergy Group” MMC-nin İcraçı Direktoru İsmayıl Süleymanov “Azaqro” MMC-nin əməkdaşlarına öz tövsiyyələrini verərək, mərkəzin fəaliyyətində uğurlar arzuladı.
Xatırladaq ki, Şəmkirdə yerləşən “Azaqro” MMC Hollandiyadan gətirilmiş qızılgül tinglərinin becərilməsi üzrə ixtisaslaşmışdır. “Azaqro” qızılgülləri bazarda “SBuket” adı ilə tanınır. Azərbaycanda ilk dəfə torpaqsız mühit şəraitinə xas olan texnologiya suvarma, iqlimləndirmə, sisləmə, havalandırma, pərdələmə və sair prosesləri onlayn rejimdə 24 saat ərzində kompyuter vasitəsilə idarə edir. Becərilən qızılgülün əsas növləri: Red Naomi, White Naomi, Myrna və WoW. Eləcədə, Sprey qızılgüllər: Hot Bubble, Be-Bubble, White Bubble, Aleqria, Bombastic, Madam Bombastic, Fireworks, Galima.
Qeyd edək ki, “SBuket” topdan və pərakəndə gül satışı mərkəzi Bakı şəhəri, Xətai prospekti 7 ünvanında yerləşir.
Əlavə məlumat üçün : 050 289 89 26
055 204 30 86